Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info-nun Xəzər Xəbər-ə istinadən verdiyi məlumata görə, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib.
Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyən Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan yıxılaraq ölüb.
Cəsəd qayalıq ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info