Nazirlik ​187 min əlyazmanı oxucuların istifadəsinə verəcək

  • By admin
  • 28 İyul 2016 21:12

tr

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyiilə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək.

Gununsesi.info xəbər verir ki, yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

Təşkilat, həmçinin yeni dövrdə sahəsində ilk olacaq işlərə də imza atacaq. Mərkəzi İstanbulda yerləşən və Türkiyədə üç bölgə, 17 rayon və 22 kitabxanada fəaliyyət göstərən təşkilatın fondunda 187 min əlyazma və 305 min mətbu əsər var. Əlyazmaların qorunması, bərpası və yenidən nəşrini icra edən təşkilat, əlyazmaların bir mərkəzdə toplamasını da nəzərdə tutub.

Gununsesi.info