Nazirlik 787 min manat gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsini təmin edib

  • By admin
  • 25 Noyabr 2016 15:56

Manat

Bu ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Gununsesi.info-ya ƏƏSMN mətbuat xidmətindən verilən məlumata görə, həmin məbləğin 94,6 faizi gecikdirilmiş əmək haqlarından, 3,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Həmçinin, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilən 20 nəfər vətəndaşın Xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.

Xidmətin əməkdaşları vətəndaşların əmək hüquqularının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.

Gülnaz Qənbərli

Gununsesi.info