
Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə (günün altında, rütubətli yerdə, soyuducuda saxlanılmalı malları açıq havada və s.), başqa yerdə saxlayırlar.
Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən deyiblər.
Mərkəzdən bildirilib ki, dərman vasitəsinin istehsalından istehlakına qədər keçən müddətdə hansı şəraitdə və harada saxlanılmasının onun keyfiyyətinin qorunması baxımından böyük əhəmiyyəti var:
“Təcrübədə rast gəlinir ki, bəzi hallarda dərman vasitələri istifadə təlimatlarında qeyd olunan şəraitdə saxlanılmır. Nəticədə düzgün şəraitdə saxlanılmama dərman vasitəsinin keyfiyyətinə mənfi təsir göstərə bilir”.
Gununsesi.info












