Nazirlik Bakıda iməcilik keçirib - FOTOLAR

  • By admin
  • 22 Aprel 2017 13:01

OLYMPUS DIGITAL CAMERA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 aprel – Beynəlхalq Yer Günü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında, əvvəlki “Binə” ticarət mərkəzinin ərazisində iməcilik keçirib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, iməcilikdə qurumun əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada sözügedən ərazinin 55 hektar sahəsində abadlıq işləri görülüb, o cümlədən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, 22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Xatırladaq ki, Beynəlxalq Yer Gününün keçirilmə ənənəsi XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılmışdı.

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

unnamed (7)

Gununsesi.info