Nazirlik bu serialdan şikayət etdi

  • By admin
  • 19 Dekabr 2023 13:22

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi “Yarğı” serialının uşaqların psixoloji inkişafına mənfi təsir göstərə biləcəyini əsas gətirərək RTÜK-ə şikayət edib.

Gununsesi.info-nun məlumatına görə, nazirlik müəyyən edib ki, Kanal D-də yayımlanan “Yarğı” serialının bu həftəki buraxılışında “Nazirliyin tabeliyində olan uşaq tərbiyə müəssisələrində böyüyən uşaqların zorakılığa məruz qalması, müəssisələrdə çalışan əməkdaşların mütəşəkkil cinayətkar qrupların üzvü olmaqla uşaqlara qarşı zorakılığa yol açması” barədə iddialar yer alıb.

Nazirlik sözügedən iddianın həmin müəssisələrdə qalan uşaqların psixologiyasına zərər verə biləcəyi əsası ilə serialın müvafiq bölümü ilə bağlı Radio və Televiziya Üst Şurasına (RTÜK) şikayət edib.

Şikayət ərizəsində serialda işıqlandırılan mövzu və hadisələrin qorunan uşaqlara zərər verməməsi, nazirliyin xidmətlərinə, siyasətinə və modellərinə həssaslıqla yanaşılmalı olduğu vurğulanıb.

Gununsesi.info