Nazirlik buğdanın qiymətini qaldırdı

  • By admin
  • 02 Sentyabr 2016 15:25
bugda
Nazirlik taxılın tonunu 20 AZN qaldırdı.
Fövqəladə Hallar Nazirliyi yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı uzatmaqla yanaşı, qiymətini də qaldırıb.
Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Bildiririk ki, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.
Gununsesi.info