Nazirlik: Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb

  • By admin
  • 14 Sentyabr 2016 12:55

caylar-1

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.

HTML tutorial

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 24 kubmetrdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 414, Salyanda 237, Bankədə 197, Novruzlu məntəqəsində isə 125 santimetrdir.

Gununsesi.info