Nazirlik hərbçilərin maaşının gecikməsinin səbəbini açıqladı

  • By admin
  • 23 Dekabr 2016 12:50

mudafiə

Müdafiə Nazirliyi hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı mətbuat da yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda qeyd olunur ki, hərbçilərin maaşlarının gecikdirilməsi barədə bəzi saytlarda dərc olunan yazıların heç bir əsası yoxdur: “Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil”.

Gununsesi.info