Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

19 Oktyabr 2017 - 10:04

Nazirlik idarə rəisini cərimələdi- 3000 MANAT
59afd51b22354_1 manat pull
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.
Gununsesi.info xəbər verir ki, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.
Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Gununsesi.info




loading...