Nazirlik investisiya layihələrinin qəbuluna başlayır

  • By admin
  • 30 Dekabr 2016 13:59

skmf

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Abşeron rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, SKMF sahibkarlardan “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, Fond dekabrın 28-də Abşeron rayonunun Xırdalan şəhərində işgüzar forum keçirib.

Anar
Gununsesi.info