Nazirlik investisiya layihələrinin qəbuluna başlayır

  • Müəllif: admin
  • 25 Aprel 2017 09:57

skmf

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunun Düz Qırıqlı kəndində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– iri fermer, müasir heyvandarlıq, cins heyvandarlıq, kartofçuluq (o cümlədən yüksək məhsuldar kartof toxumçuluğu), istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması;

– süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.

Anar
Gununsesi.info