Nazirlik layihələrin qəbuluna başlayır

  • By admin
  • 19 Noyabr 2016 13:04

skmf

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumat görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Qalınçaq kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Məlumat üçün bu ünvan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, əlaqə vasitələri (012) 434-74-29, faks (012) 432-37-17 və info@anfes.gov.az elektron ünvanı vasitəsilə müraciət etmək olar.

Anar
Gununsesi.info