Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti diqqətdə saxlanılır
Müdafiə Sənayesi Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti nazirlik tərəfindən diqqətdə saxlanılır.
Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir.
Gununsesi.info