Nazirlik: “Partlayışda xəsarət alanları nəzarətdə saxlayırıq” - Daha bir nəfər evə buraxılıb

  • By admin
  • 28 İyul 2016 11:50

zavod

 

Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti diqqətdə saxlanılır

Müdafiə Sənayesi Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti nazirlik  tərəfindən diqqətdə saxlanılır.

Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir.

 

Gununsesi.info