Elxan İbrahimov Tibb Baş İdarəsindəki vəzifəsinin başındadı – NAZİRLİK TƏKZİB ETDİ

  • By admin
  • 26 Fevral 2021 22:08
Müdafiə Nazirliyi polkovnik Elxan İbrahimovun qurumun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı mətbuatda yazılan xəbərlərə münasibət bildirib:

 

“Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Bildiririk ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib”.

Gununsesi.info