Nazirlik Qurban bayramı ilə bağlı əmr imzaladı

  • By admin
  • 29 Avqust 2016 15:10
qurban
Qurban bayaramı ilə əlaqədar olaraq xüsusi tədbirlər planı hazırlanır.
Bunu Gununsesi.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda Qurban bayramı ilə əlaqədar olaraq tədbrilər planı hazırlanıb və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
M. Hacıyev deyib ki, Qurban bayramı günlərində baytar həkimlər gücləndirilmiş iş şəraitində işləyəcək və onlar bütün kəsim məntəqlərinə nəzarət edəcək.
M. Hacıyev əlavə edib ki, nazirlik bunadan əlavə olaraq Qurbanlıqların satılması, kəsimləməsi ilə bağlı  əvvəlki illərdə olduğu kimi bu ildə xüsusi yerlər ayıracaq. “Bakı və Abşeronun müxtəlif  yerlərində xüsusi yerlər ayrılacaq ki, insanlar rahat o yerlərdən Qurbanlıqlar alıb kəssinlər. Orada həm sanitar qaydalar riayət olunacaq, həm də baytar həkimlər heyvanların sağlmalığına nəzarət edəcəklər”- deyə, M. Hacıyev bildirib.
Mürtəza
Gününsesi.info