
Yanvarın 6-da Gununsesi.info-nun əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova təhsil sistemində ediləcək dəyişikliklər və bu yöndə saytımızda əksini tapan yazı ilə bağlı suallar ünvanlayıb.
C. Valehov isə əməkdaşımızla telefon söhbətində bildirib ki, sualları sorğu formasında rəsmi olaraq ünvanlayın.
Əməkdaşımız da C.Valehovun “tövsiyəsi”ni nəzərə alaraq, yanvarın 6-da saat 13:04-də nazirliyin e-mail ünvanına rəsmi sorğu göndərib. Lakin nədənsə, nazirliyə ünvanladığımız sorğudakı sualların cavabları digər xəbər saytlarında işıq üzü “görüb”.
Bununla bağlı əməkdaşımız yenidən nazirliyin sözçüsü C.Valehovla əlaqə saxlayıb. C. Valehov bildirib ki, Gununsesi.info-dan sözügedən məsələylə əlaqədar nazirliyin rəsmi poçtuna daxil olan sorğuyla əlaqədar digər KİV-lərdən də eyni tipli sorgular daxil olub: “Digər mətbu orqanlardan daxil olan sorgulardakı sualların məzmun eyniliyini nəzərə alaraq, nazirlik sorğulara müvafiq olaraq ümumiləşdirərərk hamıya eyni cavabı göndərib”-deyə, o, bildirib.
Əlavə şərhə ehtiyac varmı???
Gununsesi.info