Nazirlik yağışın törətdiyi fəsadları açıqladı

  • By admin
  • 30 Sentyabr 2016 13:59

sel1

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolmuş və sakinlərin evdən çıxmasına çətinliklər yaranıb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat saat 10:57-də başa çatıb.

Anar

Gununsesi.info