Nazirlikdə yeni rəis təyinatı oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsinə yeni təyinat baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ETSN-in mətbuat katibi İradə İbrahimova açıqlayıb.

Bildirilib ki, bu vəzifə müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.

X. Mirzəyev bu təyinata qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Gununsesi.info