Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Gununsesi.info xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib.
E.Məhəmmədəlizadə bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə alıb, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.
O, “PMD Group” MMC-də təchizat üzrə qrup rəhbəri, “Agro Food İnvestments” MMC-də Qrup satınalma meneceri, “Agrotrade Supply” MMC şirkətlər qrupunda Qrup satınalma rəhbəri vəzifələrində çalışıb.
“ATS Food” MMC-də Satınalma və logistika üzrə direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.
Təyinatdan əvvəl “Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.