Nazirlikdə yüksək vəzifəli 10 məmur işdən çıxarıldı - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 22 Yanvar 2018 18:45
Ötən il fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə Ədliyyə Nazirliyi icra xidmətinin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.
Gununsesi.info