Nazirlikdən 8 Mart xəbərdarlığı: PUL YIĞILIRSA…

  • By admin
  • 06 Mart 2018 17:48

Təhsil Nazirliyi 8 martla bağlı valideynlərə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, nazirlik 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə pul yığılması halı ilə qarşılaşan valideynlərə Qaynar xəttə məlumat vermələrini məsləhət görüb.

Nazirlikdən bildirilib ki, əgər belə fakt olsa, valideynlərin Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə müraciət edilməsi (anonim olmadan) tövsiyə olunur.

Nazirlikdən həmçinin bildirilib ki, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar məktəblərdə martın 20-dən etibarən dərsə olmayacaq.

Təhsil Nazirliyindən reportun-un sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Gununsesi.info