Nazirlikdən Botanika İnstitutu ilə bağlı açıqlama

“Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər”.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək” – açıqlamada qeyd olunur.

 

Gununsesi.info