Nazirlikdən Elnur Aslanov AÇIQLAMASI

  • By admin
  • 23 Avqust 2016 16:44

elnur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elnur Aslanovun ölkədən çıxması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Nazirliyin Elektron idarəçiliyin inkişafı şöbəsinin əməkdaşı Şəbnəm Məmmədova AzNews.az-a açıqlamasında bildirib ki, E. Aslanov hazırda məzuniyyətdədir: “Elnur Aslanov məzuniyyətdədir. Bildiyimə görə, bu həftənin sonu məzuniyyəti başa çatacaq və o, işinə qayıdacaq”.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanovun ölkədən getməsi ilə bağlı məlumat yayılıb. Gülənin Azərbaycandakı əsas adamı kimi tanınan Aslanovun Azərbaycana dönməyəcəyi bildirilir. İddiaya görə Gülənçilərə qarşı ölkədə böyük əməliyyatın başlanılacağı gözlənilən bir vaxtda, onun ölkəni tərk etməsi planlı olub.

Gununsesi.info