Nazirlikdən hava ilə bağlı xəbərdarlıq

  • By admin
  • 17 May 2020 15:11

Ölkə ərazisində hava şəratinin dəyişəcəyi gözlənilir.

Gununsesi.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

Mayın 18-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

 

Gununsesi.org