Nazirlikdən hava xəbərdarlığı - YAĞIŞ YAĞACAQ, DOLU DÜŞƏCƏK, ŞİMŞƏK ÇAXACAQ

  • By admin
  • 06 İyul 2017 12:39

1480707014_kulek-kulekli-hava

İyulun 7-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz  28-33° isti, Bakıda gecə  22-24° isti, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan  aşağı  755 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 % , gündüz  55-65%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  31-36°, dağlarda gecə 13-18° isti, gündüz  21-26° isti olacağı gözlənilir.

Gununsesi.info