Nazirlikdən hava xəbərdarlığı - TEMPERATUR 3 DƏRƏCƏ ENƏCƏK

  • By admin
  • 25 Yanvar 2018 12:40

Yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir.

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.

Gununsesi.info