Nazirlikdən Hövsan çimərliyi ilə bağlı xəbərdarlıq - ÇİMMƏYİN

  • By admin
  • 13 Avqust 2016 12:17

cimmek

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsininə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

Gununsesi.info