Nazirlikdən müəllimlərə etiraz

  • By admin
  • 14 Aprel 2022 12:49

Ümumtəhsil məktəblərində təhsil proqramı ağır deyil.

Gununsesi.info xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, bəzi müəllimlər uşaqları həddən artıq ev tapşırığı ilə yükləyir. Onlar düşünür ki, uşaqların akademik yüklənməsi, daha yaxşı öyrənməsi üçün bir vasitədir.

“Müəllimlərlə bu sahədə işləməliyik. Çünki 45 dəqiqə şagirdin öyrənməsi üçün kifayət qədər uyğun müddətdir”, – deyə o əlavə edib.

Gununsesi.info