Mövlan Şıxəliyevin zəbt etdiyi ərazi bələdiyyə mülkiyyətidir

  • By admin
  • 24 Avqust 2016 13:48

mese

Saytımızda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin  daha bir biznes obyektinin üzə çıxdığı barədə məlumat vermişdik.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olmuşdu ki, MTN-nin sabiq baş istintaqçısı Xaçmaz Xudat yolunun 20 kilometrliyində meşə sahəsini qanunsuz olaraq  zəbt edərək, orada restoran tikdirib. Bununla bağlı saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, “Çoban” adlandırılan restoranı Mövlan Şıxəliyev  3 hektar ərazidə “yaşıl soyqrım” həyata keçirərək, inşa etdirib.

Məsələylə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, sözü gedən ərazi bələdiyyə torpağıdır və Nazirliyə heç bir aidiyyatı yoxdur və Xudat bələdiyyəsinin mülkiyyətindədir.

Gununsesi.info