Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Səhiyyə Nazirliyindən mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: “Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.
Xatırladaq ki, Tərlan Əliyevanın sol ayağının kəsilməsi üçün diaqnoz qoyulub.Lakin xəstəxananın cərrah həkimi Valeh Kərimov xəstənin səhvən sağ ayağını kəsib.
Gununsesi.info