Nazirlikdə pambıq istehsalı ilə bağlı müşavirə keçirildi

  • By admin
  • 16 Sentyabr 2017 17:51

j'

 

Kənd Təsərrüfatı Nazirliyində “2017-ci ildə pambıq istehsalı, tədarükü və emalı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, müşavirədə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri iştirak edib.

Pambıq tədarükü məntəqələrində mövcud vəziyyət, qəbul olunmuş pambıq məhsulunun vəsaitinin pambıq istehsalçılarına vaxtında verilməsi, pambıq zavodları və məntəqələrinin kadr təminatı, pambıq qəbulu zamanı uçot hesabat sənədlərinin tərtibatı qaydalarının öyrənilməsi barədə Nazirliyin məsul işçiləri, pambıq rayonlarına təhkim olunmuş mütəxəssislərin və hər bir Rayon Kənd Təsərrüfatı İdarələrinin rəislərinin məlumatı dinlənilib.

Gununsesi.info