Nazirlikdən BƏD xəbərdarlıq - 15-cən 43 dərəcə isti olacaq

  • By admin
  • 11 Avqust 2016 16:08

hava

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Avqustun 15-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara gəlincə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən yüksək isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz,  meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

 

Gununsesi.info