XƏBƏR LENTİ

17 Fevral 2018

15 Fevral 2018 - 17:55

Nazirliyin hesabına yaşayan federasiya borcunun az hissəsini ödədi
Azərbaycan Milli Karate Federasiyası 6 aydan çox idi ki, karateçilərin maaşlarını ödəyə bilmirdi. Səbəb isə qurumdakı maliyyə problemi idi. Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən qədər maliyyələşən qurumda maddi problemlər idmançıların yarışlara qatılmasına da maneə olur. Qurumun prezidenti öz əlaqələri, ətrafı vasitəsi ilə idmançıları yarışlara göndərsə də, maddi problemlərdən yaxa qurtara bilmirdilər.
Gununsesi.info unikala-a istinadən məlumat verir ki, dünən idmançılarını Dubaydakı yarışa yola salan AMKF maaşların az qismi idmançılara ödəyib. Qalan hissəsini isə yarışlardan sonra, az-az ödəniləcək deyə söz verilib. Məlumatda o da bildirilir ki, məvaciblərin cüzi miqadarda da olsa ödənilməsinə səbəb idmançıların etiraz səslərini qaldırması olub.
Qeyd edək ki, milli komandanın əsas və əvəzedici heyəti 16-18 fevral tarixlərində Dubayda mötəbər Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə dünən yola düşüb. Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, baş məşqçi Şahin Xudaverdiyev (kumite), baş məşçqi Vahid Ayvazov (kata), böyük məşqçi Qurban Tağıyev, beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, o cümlədən 20 idmançı var.
Xatırladaq ki, AMKF prezidenti Yaşar Bəşirov “Federasiya hələ ki Gənclər və İdman Nazirliyinin ianəsi hesabına ayaqda durmağa çalışır, maddi problemlər boydandır” deyə açıqlama vermişdi.
Gununsesi.info