Nazirliyin işçilərinin sayı artırıldı

  • By admin
  • 18 Noyabr 2016 20:15

publika-az1470048036edliyye

 

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, dəyişikliklərə əsasən, Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 420 ştat vahidi müəyyən edilib.

Bundan əvvəl işçilərin say həddi 380 ştat idi.

2-ci hissəyə aşağıdakı məzmunda on üçüncü bənd əlavə edilir:

“İnformasiya-kommunikasiya texnologiyaları idarəsi”;

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Gununsesi.info