Fransada Ətraf Mühit Nazirliyinin anti-alış-veriş kampaniyası pərakəndə sənayedən sərt reaksiya alıb və hökumət daxilində böhrana səbəb olub.
Gununsesi.info xəbər verir ki, Fransızlara “köhnə paltarını geyin, yenisini alma” mesajı verən televiziya reklamları və afişalar ölkədə müzakirələr doğurub. Ətraf mühit naziri Christophe Bechu kampaniyanın davamlılığa mane olan həddindən artıq istehlakın qarşısını almaq məqsədi daşıdığını söyləyib.
Kiçik və Orta Ölçülü Müəssisələr Federasiyası reklamları inflyasiya səbəbindən çətin anlar yaşayan bizneslərə zərbə kimi qiymətləndirsə də, kampaniya kabinetdən də sərt tənqidlərə məruz qalıb. İqtisadiyyat naziri Bruno Le Maire kampaniyanın iqtisadiyyata zərər verəcəyini bildirib.
Gununsesi.info