
Yunanıstanın paytaxtı Afinada Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısındakı bombanın partlaması nəticəsində bölgədə dağıntılar baş verib.
Gununsesi.info xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, yerli vaxtla saat 00.49-da naməlum şəxslər EFSYN qəzetinə zəng edərək 40 dəqiqə sonra Əmək Nazirliyinin qarşısında bombanın partlayacağını bildiriblər. Xəbərdarlıqdan sonra polis bölgədə təxliyəyə başlayıb və yolu nəqliyyatın hərəkəti üçün bağlayıb.
Gecə saat 01.29-da torbaya qoyulmuş bombanın partlaması nəticəsində nazirliyə və ətrafına ziyan dəysə də, ölən və xəsarət alan olmayıb.
ERT-nin məlumatına görə, partlayışa görə məsuliyyəti ilk olaraq “İnqilabçı Sinfi Özünümüdafiə” kimi gündəmə gələn bir təşkilat öz üzərinə götürüb.
Gununsesi.info