Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.
Qərarda deyilir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 14.1.2-ci, 14.1.3-cü və 14.1.5-ci yarımbəndləri ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli, 1 aprel tarixli 184 nömrəli və 3 aprel tarixli 196 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Dövlət Məşğulluq Xidmətinin Aparatı;”, “Dövlət Sosial Təminat Xidmətinin Aparatı;” və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatı;” sözləri çıxarılsın.
Gununsesi.info