Nazirliyin yüksək vəzifəli şəxsi istefa verdi

  • By admin
  • 17 Aprel 2017 14:40

1492424982-3734

Yüksək Texnologiyalar Parkının rəhbəri Seymur Ağayev vəzifəsindən istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “qafqazinfo”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən parkın rəhbəri Seymur Ağayev öz istəyi ilə işdən ayrılıb. Hələlik onun vəzifəsini icraçı direktor Kənan Bayramov həyata keçirir.

Gununsesi.info