Nazirliyin əməkdaşlarına diplom və sertifikatlar təqdim edilib - FOTOLAR

  • By admin
  • 30 Noyabr 2016 12:02

fhn1
Dünən İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə, onlara təşəkkürünü bildirmiş, diplom və sertifikatlar təqdim edib.
Həmçinin, yanğınların söndürülməsində göstərdikləri şücaətə görə, Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

fhn fhn2 fhn3 fhn4
Anar
Gununsesi.info