Nazpəri Dostəliyeva karantinin uzadılmasına qarşı- XALQ ARTİSTİ ƏHALİNİN DURUMUNDAN NARAHATDIR

 

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva da karantin rejiminin sərtləşfirilməsindən danışıb.

Gununsesi.info  bildirir ki, tanınmış müğənni, həmçinin əhalinin sosial durumundan da narahatlığını ifadə edib.

Vəziyyət çox ağırdı

Xalq artisti Nazpəri Dostəliyeva:

“İnsanları çox gözəl başa düşürəm, əsəblər gərginləşib, onlar daha da aqressivləşiblər. Hər gün evinə 5 manat qazanc gətirən insanlar bu gün onu edə bilmirlər. Körpələr axı başa düşmür karantin, xəstəlik nədir. Biz müğənnilərin də gəliri toylardandır. Elə müğənnilər var ki, kirayə evdə yaşayırlar, ruzisiz-çörəksiz qalıb əziyyət çəkirlər. Həm də tanınmış bir sima axı necə gedib hansısa başqa işdə işləyə bilər? İndi lap karantin açılsa da qarşıdan Məhərərəm və Səfər ayları gəlir ki, həmin vaxtlarda da toy olmur. Ümidimiz Məhərrəmlikdən sonraya qalıb. Xalq artisti adına görə bizə verilən pula heç vaxt toxunmamışdım. İndi o köməyimizə çatır. Deməli, o pul bu günlər üçün lazım imiş. Mən tək deyiləm, bacım-qardaşım, doğmalarım, onların balaları var ki, heç yerdə işləmirlər, hər birinə də əl tuturam”.