Nazpəri Dostəliyevanın evi qarət olundu - PUL VƏ SƏNƏD DOLU SEYF OĞURLANIB

  • By admin
  • 21 Avqust 2017 10:16

nazperi

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, hadisə avqustun 19-da qeydə alınıb. N.Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

Xalq artisti bu barədə polisə məlumat verib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı N.Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

Gununsesi.info