Neçə nəfərin adı rəsmi Bakının “qara siyahısına” düşüb?

  • By admin
  • 09 Mart 2020 16:12

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı yenilənib.

Gununsesi.org-un məlumatına görə, Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 947 nəfərin adı salınıb.

Qeyd edək ki, 2020-ci ilin fevralın 5-də təqdim edilmiş siyahıda 936 nəfərin adı olub.

Bildirək ki, rəsmi icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərinə edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.

Gununsesi.org