Neft bazasında partlayış baş verib

  • By admin
  • 20 Aprel 2017 07:36

neft bazasi partlayis

Ukraynanın paytaxtı Kiyev yaxınlığında neft bazasında partlayış baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, insident Vişnyovoe şəhərində qeydə alınıb.

Hadisə nəticəsində neft bazasının əməkdaşı yanıq xəsarəti alıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilir. Məlumata  əsasən, partlayış sisternli avtomobilə dizel yanacağı doldurarkən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info