Neft cüzi bahalaşdı

  • By admin
  • 19 Mart 2020 10:47

Neft qiymətləri bir gün öncəki çöküşdən sonra yenidən yüksəlməyə başlayıb.

Gununsesi.org “Oilprice.com” saytına istinadən xəbər verir ki,  London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,38% artaraq 27,86 dollardan satılır.

WTI markali neftin bir barrelinin qiyməti isə 12,48% artaraq 23,43 dollar səviyyəsində qərarlaşıb.

Qiymətlər stabil tempdə artmaqda davam edir.

Qeyd edək ki, bir gün əvvəl neft qiymətləri son 17 ilin rekord səviyyəsinə enmişdi.

Gununsesi.org