
Dünya bazarlarında neft kəskin ucuzlaşmağa başlayıb.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, birjaların açılışında 46 dollara olan Brent markalı neft ilk saatlarda 20% dəyər itirərək 35, 26 dollara qədər geriləyib.
WTI markalı Texas nefti isə 21% dəyər itirərək 32,5 dollar olub. Sonrakı saatlarda Brent nefti 33 dollara düşüb. Sonuncu dəfə “qara qızıl” bu qiymətə 2016-cı ilin yanvarında satılıb. Ümumilikdə isə, 1991-ci ildə ABŞ-ın İraqda keçirdiyi “Səhrada Tufan” əməliyyatında bəri 1 gündə bu neft qiymətlətinin ən böyük düşüşü sayıla bilər.
Analitik mərkəzlər neftin 1 barelinin 20 dollara qədər ucuzlaşacağını düşünür.