Neft Daşlarında adam öldürən neftçidənXƏBƏR VAR

Neft Daşlarında adam öldürən neftçidən

Xəbər verdiyimiz kimi, dünən saat 10:50 radələrində Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından Gununsesi.info-ya verilən məlumata görə, hadisəni törədən 25.12.1984-cü il təvəllüdlü Əsgərov Anar Təbriz oğlu həbs edilib. A.Əsgərova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müstəntiq təyin edilib.
İlkin ehtimala görə, fəhlələr arasında münaqişə iş üstündə olub. Sonda, tərəflər arasında münaqişə ölümlə nəticələnib.
Xatırladaq ki, 09.08.1985-ci il təvəllüdlü Xalıqov Azər Ədalət oğlu Lənkəran rayon Avrora qəsəbəsində doğulub.
Gununsesi.info

COMMENTS