Neft Fondu 50 milyon dollar satdı

  • By admin
  • 30 Avqust 2016 12:21

NEFT FONDU

Bu gün Azərbaycan Dövlət Neft Fondu(ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Gununsesi.info-ya Fonddan verilən məlumata görə, bu vəsait 29 kommersiya bankına satılıb.

“İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək”, – deyə ARDNF-dən bildirilib.

 

Gununsesi.info