
İyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb və bu vəsait 29 banka satılıb.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Gununsesi.info